Araz Ağalarov Rusiyada ilk dəfə “Sports World 2020” idman sərgisi təşkil edəcək

Araz Ağalarov Rusiyada ilk dəfə “Sports World 2020” idman sərgisi təşkil edəcək
15:42 14 Noyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov bu ölkədə ilk dəfə “Sports World 2020” idman sərgisi təşkil edəcək.
Bu barədə “Report”a sərginin direktoru Andrey Simonov məlumat verib. Onun sözlərinə görə, tədbir 14 - 16 may 2020-ci ildə Rusiya İdman Nazirliyinin və Rusiya Olimpiya Komitəsinin dəstəyi ilə A.Ağalarovun sahibi olduğu “Crocus Group” Şirkətlər Qrupunun nəzdindəki “Krokus Eskspo”da baş tutacaq.
Dünyanın müxtəlif ölkələrinin 300-dən çox şirkətinin qatılacağı sərginin əsas mövzuları qlobal tendensiyalar və idmanda müasir texnologiyalar olacaq. Sərgi çərçivəsində böyük peşəkar konfrans keçiriləcək. Bu biznes-forumda idman federasiyalarının, müxtəlif qurumların, və iri şirkətlərin rəhbərləri, Rusiya, Avropa, ABŞ və Çindəm olan mütəxəssislər, eləcə də media nümayəndələri iştirak edəcəklər.
“Sports World 2020”də idman həvəskarları üşün turnirlər, master-klasslar, idman ulduzlarının avtoqraf seansları və konsert təşkil olunacaq. Sərgiyə giriş pulsuz olacaq. 13 kvadrat kilometr əraziyə malik “Crokus Eskspo” 10 min nəfəri qəbul etməyə hazırdır.
Qeyd edək ki, 2020-ci ildə Moskva-1980 Yay Olimpiya Oyunlarının 40 illik yubileyi qeyd olunacaq. Bununla bağlı Rusiya prezidenti Vladimir Putin müvafiq tapşırıqlarını verib. “Sports World 2020” də məhz əlamətdar hadisənin ildönümü tədbirləri çərçivəsində gerçəkləşəcək.  

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/araz-agalarov-rusiyada-ilk-defe-sports-world-2020-idman-sergisi-teskil-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR