Deputatdan təklif: “İdman klubları açmaq istəyən gənc sahibkarlara vergi güzəştləri tətbiq olunsun”

Deputatdan təklif: “İdman klubları açmaq istəyən gənc sahibkarlara vergi güzəştləri tətbiq olunsun”
15:52 14 Noyabr 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

“Bu gün bizə təklif olunan dəyişikliklər həqiqətən də çox vacibdir. Mən bu dəyişiklikləri dəstəkləyirəm. Ümumiyyətlə 2019-cu il Azərbaycan tarixində uğurlu islahatlar ili olaraq yadda qalacaq. Vergilər sahəsində əldə olunan uğurlar bizi sevindirir”.
“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, xüsusilə də nağdsiz ödənişlərə marağın artırılması uğurlu nailiyyətlərdən biridir:
“Bununla yanaşı biz unutmamalıyıq ki, daim vergi ödəyən və heç bir bir qanun pozuntusu etməyən digər sahibkarla digər sahibkarlar arasında rəqabət yaratmalıyıq. Onları həvəsləndirməliyik, çalışmalıyıq ki, sahibkarlar vergini sevərək ödəsinlər”.
N.Həmzəyev deyib ki, sağlam həyat tərzi tək Bakıda deyil, regionlarda da təbliğ edilməlidir:
“Regionlarda yoqa mərkəzləri, fitnes mərkəzləri, idman klublarının sayının çox olması üçün çalışmalıyıq. Çox təəssüflər olsun ki, böyük gəlirlər çox olmadığı üçün sahibkarlar bu sahəyə maraq göstərmir. Mən Mikayıl müəllimdən xahiş edirəm ki, yoqa mərkəzləri, fitnes mərkəzləri, idman klubları açmaq istəyən gənc sahibkarlara vergi güzəştləri tətbiq olunsun. İnanıram ki, elə olan halda problemləri aradan qaldıra bilərik. Belə olduğu təqdirdə gənclərimiz idmana meyllənərlər, kütləvi şəkildə idmanla məşğul olanların sayı artar. Həm də sahibkarlar çalışarlar ki, idmana da yatırım etsinlər”.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/naqif-hemzeyevden-teklif

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR