Başı telefona qarışan sürücü ağır qəzaya səbəb oldu -

Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb.

Mətbuat.az xəbər verir ki, hadisə aeroport şosesində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan taksi sürücüsü qəfil qarşıda gedən avtobusa arxadan çırpılıb. Ardınca idarəetməni itirərək sağ, daha sonra sol tərəfdəki dəmir arakəsmələrə dəyib və dayanıb.

Hadisə nəticəsində taksi sürücüsü xəsarət alıb. Qəzaya sürücünün mobil telefona başı qarışması səbəb olub.(Avtosfer.az)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR