“Terminator”u 4DX formatında izləmək mümkün olacaq

“Terminator”u 4DX formatında izləmək mümkün olacaq
16:07 14 Noyabr 2019
126 Digər
Ölkə mətbuatı
A- A+

Elmi-fantastik “Terminator: Qara talelər” filmi kinoteatrlara Arnold Şvartseneqqer və Linda Hemiltonu, həmçinin T-800 və Sarrah Konnoru geri qaytarır.
"Report" xəbər verir ki, filmə baxanlar onu 4DX formatında da izləyə biləcək. 
Bu, onları daha çox qatil robotları izləməyə sövq edəcək. Çünki hərəkət edən kreslolar, duman, yağış və külək onlarla bərabər olacaq.
Tim Millerin filmində avtomobil təqibləri, paraşütlə tullanma, təyyarədə döyüş, davalar və terminatorla döyüş yer alır. Bu hərəkət dolu səhnələri daha da canlı edən isə 4DX formatıdır.
Bir avtomobil digərini qovarkən izləyici kreslonun maşın kimi hərəkətini hiss edəcək. Obrazlar islananda tamaşaçı da onunla birgə islanacaq. Keçmişə səyahət edən zaman isə elektrikvurmaya bənzəyən işıqlar ətrafa saçılacaq.
Önəmli yerlərdən biri isə təyyarədə baş verən hadisələrdir. 4DX-lə hərəkət edən kreslolar, küləyin içəri girməsi ilə sizə uçurmuşsuz kimi hiss verəcək.
4DX formatındakı “Terminator: Qara talelər” baş verənləri real həyatda izləmək kinosevərlərə zövq verəcək.
Filmin süjet xəttinə əsasən, Sara Konnor əsl terminator ovçusudur. İndi isə gələcəkdəki qatil robotların məhvi ilə məşğuldur. Saranın əsas məqsədi onların Cona çata bilməməsidir. Lakin qəfil Dani Romos peyda olur. Əgər Romos sağ qalarsa, bəşəriyyət ölümdən xilas olacaq. Sara ilə mübarizəyə robot və insanın sintezi olan əsrarəngiz Qreys də qoşulur.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/terminator-u-4dx-formatinda-da-izlemek-mumkun-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR