ABŞ-da ətraf mühitə zərər verməyən ilk daşınan tibbi laboratoriya təqdim edilib

ABŞ-da ətraf mühitə zərər verməyən ilk daşınan tibbi laboratoriya təqdim edilib
16:35 14 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-da Kaliforniya Universiteti tibbi avadanlığı toplaya, sterilizasiya və təmir edə bilən ilk daşınan laboratoriya təqdim edib. Həmçinin ətraf mühitə zərərli maddələr tullamır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, ABŞ-ın Kaliforniya universiteti "Winnebago" şirkəti tərəfindən hazırlanmış daşınan laboratoriyasını təqdim edib. Bu, universitetin iki şəhərciyi arasında hərəkət edərək tibb işçilərinin cərrahi alətlərini toplayan, sterilizasiya və təmir edən və zərərli tullantıları olmayan elektrik avtomobilidir.

 

Universitetdən məlumat verilib ki, cərrahi alətlərin eyni məqsədlə üçüncü tərəfə göndərilməsi kifayət qədər baha başa gəlir. "UCLA" tibb mərkəzinin qiymətləndirməsinə görə, yeni laboratoriyadan istifadə sayəsində ildə 750 minədək dollara qənaət etmək olar.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-64161-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR