Putin Allahşükür Paşazadəni təbrik etdi

Putin Allahşükür Paşazadəni təbrik etdi
16:38 14 Noyabr 2019
37 Digər
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə uzun illərdir Qafqaz regionunda sülhün bərqərar olunması naminə çalışması ilə Azərbaycanda da, xarici ölkələrdə də böyük nüfuz qazanıb.

TASS xəbər verir ki, bu barədə Şeyxülislamın 70 yaşının tamam olması münasibətilə Rusiya prezidenti Vladimir Putinin təbrik məktubunda qeyd olunur.

Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitində Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Üməxanov tərəfindən səsləndirilən məktubda Şeyxülislamın iki ölkənin tarixi dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada söykənən münasibətlərinin inkişafına, həmçinin QMİ ilə Rusiyanın mərkəzi müsəlman qurumları və Rus Ortodoks Kilsəsi arasında səmərəli əməkdaşlığın daha da genişləndirilməsinə verdiyi töhfələr də diqqətə çatdırılır.

Bununla yanaşı, Rusiya prezidentinin Şeyxülislam Allahşükür Paşazadəni “Cəmiyyətdə əxlaqın və dözümlülüyün artmasına, xalqlar arasında mədəni və dini sahədə etimad ab-havasının bərqərar olunmasına yönələn ictimai fəaliyyəti”nə görə təltif etdiyi “Xeyirxahlığa görə” fərqləndirmə nişanı sammitdə İ.Üməxanov tərəfindən təqdim edilib.

Qeyd edək ki, Dünya dini liderlərinin II Bakı Sammitində 70 ölkənin nüfuzlu ruhaniləri, ictimai və siyasi xadimləri iştirak edir. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/296133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR