Müxalifətin aksiyasında məşhurlaşan Maqsud ölkədən qaçdı

Son günlərin qalmaqallı iş adamı, bir neçə lombard sahibi olan Maqsud Mahmudov girov qoyulan pulları götürərək Azərbaycandan qaçıb.

Mətbuat.az xəbər verir ki, bu barədə Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, M.Mahmudovun qurbanına çevriliş şəxslər tərəfindən son üç gün ərzində polisə xeyli şikayət daxil olub. Qaradağ rayon Polis İdarəsində iş adamı barəsində bu günə qədər 70-ə yaxın şikayət toplanıb. Zərərçəkmişlər ifadə veriblər ki, 2017-ci ildən qızıl əşyalarını Lökbatan qəsəbəsindəki 28 May küçəsində yerləşən lombarda təhvil veriblər. Lombard Mədinə İsrafilova adlı şəxsin adına qeydiyyata alınsa da, onun əsl sahibi Maqsud Mahmudovdur.

Azərbaycandan qaçmış Maqsud Mahmudovdla bağlı oxşar şikayətlər Yasamal rayon Polis İdarəsinə də daxil olub. Şikayətlər hələ də toplanmaqdadır. Hazırda iş adamının müştərilərinə vurduğu maddi zərərin miqdarı hesablanır.(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR