TIR 20 metr hündürlükdən belə aşdı - ANBAAN VİDEO

Sloveniyanın mərkəzi Lyublyanada magistral yolda sürətlə gələn avtomobil TIR-a çırpılıb.

Metbuat.az xəbər verir ki, zərbə nəticəsində yağışdan islanmış yolda idarəetməni itirən TIR 20 metr yüksəklikdəki körpüdən aşıb.

Bu hadisə nəzarət kamerasına düşüb.

Xoşbəxtlikdən TIR-ın arxasındakı tankerdə yandırıcı maddə olmayıb.

Hər iki sürücü yaralanıb.

(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR