Latviya XİN-in dövlət katibi: "Şərq Tərəfdaşlığı" regionu Aİ üçün çox önəmlidir"

Latviya XİN-in dövlət katibi: "Şərq Tərəfdaşlığı" regionu Aİ üçün çox önəmlidir"
17:12 14 Noyabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

"Avropa İttifaqı (Aİ) qonşu ölkələrin sabitliyi və inkişafı məsələlərinə böyük diqqət yetirir".
"Report" xəbər verir ki, bunu Latviyanın paytaxtı Riqada keçirilən "Şərq Tərəfdaşlığı Media Konfransı-2019: Biznes və Dayanıqlı İnkişaf" konfransında adıçəkilən ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibi Andris Pelşs deyib.
"Şərq Tərəfdaşlığı" regionu Aİ üçün çox önəmlidir. Aİ bu istiqamətdə uğurlar əldə edib. Daxili və xarici problemlərə baxmayaraq, "Şərq Tərəfdaşlığı" ölkələri KİV sahəsində əhəmiyyətli irəliləyişlər əldə edib", - o bildirib.
Avropa Komissiyasının Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə Baş Direktoratlığının (DG NEAR) Gürcüstan, Moldova və transsərhəd əməkdaşlığın inkişafı departamentinin rəhbəri Matye Buske mediadakı sərbəstlik ab-havasının saxta məlumatlara qarşı mübarizədə əsas rol oynadığını xüsusi vurğulayıb: "Özünü ifadə etmək hüququ firavan cəmiyyət üçün fundamental dəyərlərdən biridir".
Riqada keçirilən konfrans 2017-ci ildə Kiyevdə keçirilən və regionda çalışan peşəkar jurnalistlərin üzləşdiyi əsas problemin iqtisadi dayanıqlıq olduğunu müəyyənləşdirən "II Şərq Tərəfdaşlığı Media Konfransının" davamıdır.
Tədbir çərçivəsində "Şərq Tərəfdaşlığı" proqramının bütün ölkələrindən olan iştirakçılar ölkələrində KİV-dəki vəziyyətlə bağlı görüşlərini təqdim ediblər, aktual mövzularda müzakirələr aparıblar və müvafiq problemləri müzakirə ediblər.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/latviya-xi-n-dovlet-katibi-serq-terefdasligi-regionu-ai-ucun-cox-on

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR