Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza verildi

Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza verildi
17:32 14 Noyabr 2019
99 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Ayntraxt" klubunun futbolçusu David Abraham cəzalandırılıb.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, buna 33 yaşlı müdafiəçinin Bundesliqanın 11-ci turunun "Frayburq"la matçında rəqib komandanın baş məşqçisi Kristian Ştrayxı vuraraq, yerə yıxması səbəb olub. 

Epizoddan sonra görüşün baş hakimi Abrahamı meydandan qovub.

Frankfurt təmsilçisinin kapitanı bu davranışına görə 7 oyunluq cəza alıb, eyni zamanda, 25 min avro da cərimələnib.

"Frayburq" - "Ayntraxt" oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/802199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR