Bakıda 8 evdən oğurluq olunub

Binəqədi Rayon Polis İdarəsinin 6-cı və Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbəsindəki evlərin birindən 5 min manat və 2300 ABŞ dolları, habelə 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Z.Orucov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları rayondakı bir avtomobildən 6 min manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Bayramovu yaxalayıblar.

Oğurluq etdiyinə görə tutulan A.Əliyevin ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayondakı altı evdən pul, qızıl və məişət əşyaları oğurladığı müəyyənləşdirilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR