"Arsenal" türk futbolçu üçün hərəkətə keçdi

"Arsenal" türk futbolçu üçün hərəkətə keçdi
17:48 14 Noyabr 2019
108 İdman
Ölkə mətbuatı
A- A+

Bu yay İtaliyanın "Yuventus" komandasına keçən müdafiəçi, Türkiyə Milli Komandasının üzvü Merih Demiral İngiltərə nəhəngi "Arsenal"ın radarındadır.

Publika.az ingilis mediasına istinadən xəbər verir ki, "topçular" gənc müdafiəçini heyətinə qatmaq üçün "Yuventus"a 34 milyon funt- sterlinq ödəməyə hazırdır.

İngilis klubunun skautları Türkiyə-İslandiya matçını izləmək üçün bu gün İstanbula səfər edəcəklər.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm "Yuventus"la 1 rəsmi oyunda iştirak edib. Milli komandanın isə dəyişilməz üzvüdür.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/296141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR