AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb (FOTO)

AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb (FOTO)
18:08 14 Noyabr 2019
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqlərin nəticələrinə uyğun olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakı şəhəri və regionlarda maarifləndirici təlimlərə başlayıb.

AQTA-dan Trend-ə verilən məlumata görə, respublika üzrə 1643 məktəbəqədər təhsil müəssisəsində keçiriləcək təlimin məqsədi qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə qabaqlayıcı tədbirlərin gücləndirilməsi, monitorinqlər zamanı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması, məktəbəqədər təhsil müəssisələrinin əməkdaşlarına qida təhlükəsizliyi sahəsində mövcud yeniliklərin aşılanması və onların bu sahədə bilik və bacarıqlarının artırılmasıdır.

Cari ilin sonunadək davam edəcək təlimlərdə sanitar-gigiyenik normalar, tullantılara nəzarət, məhsulların qəbulu və saxlanması qaydaları, mal qonşuluğu prinsipi, baş verəcək təhlükələrdən sığortalanmaq üçün proflaktik tədbirlərin təşkili və ona nəzarət mexanizminin yaradılması, məktəbəqədər təhsil müəssisələrində qidaların enerji dəyərinin yaş qrupuna görə müəyyənləşdirilməsi və s. mövzular üzrə geniş məlumatlar veriləcək, təqdimatlar olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3148871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR