SON DƏQİQƏ: ABŞ qoşunlarını Suriyadan çıxardı

SON DƏQİQƏ: ABŞ qoşunlarını Suriyadan çıxardı
18:23 14 Noyabr 2019
99 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ştatlar Suriyanın şimal-şərqində Türkiyə ilə sərhəddə yerləşən Ayn-əl-Ərəb (Kobani) şəhərindən qoşunlarını tam çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

Noyabrın 7-də ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin nümayəndəsi kontr-admiral Uilyam Bern ABŞ qoşunlarının böyük hissəsinin Kobani rayonunu tərk etdiyini bildirib. Oktyabr ayının ortalarında Pentaqon rəhbəri Mark Esper Türkiyənin regionda əməliyyata başlaması səbəbindən Suriyanın şimalından minə yaxın hərbçinin çıxarması prosesinə başlandığını deyib. Oktyabrın 16-da ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri Hələb şəhərindən 150 kilometr məsafədə yerləşən Kobani rayonundakı hərbi bazalarını tam ləğv edib, həmçinin şimal-şərqdəki Rakka və Tabku şəhərlərindən çıxıb.

Oktyabrın 28-də Mark Esper Birləşmiş Ştatların neft yataqlarını qorumaq üçün Suriyanın şimalına əlavə hərbçilər göndərmək niyyətində olduğunu açıqlayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/296147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR