Vilayət Eyvazov polis kapitanına yüksək vəzifə verdi

Ağcabədi Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub.

Metbuat.az "Report"-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov uyğun əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Rüfət Məmmədov Ağcəbədi Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, R.Məmmədov bundan əvvəl Ağcabədi RPŞ-nin İstintaq bölməsinin rəisi işləyib. Onun yerinə hələ ki təyinat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR