Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda avtomobil piyadanı vuraraq öldürüb
19:07 14 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini Babayeva Həqiqət Şahbaz qızı yolu keçmək istəyən zaman onu avtomobil vurub. Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-avtomobil-piyadani-vuraraq-oldurub111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR