Azərbaycanın bu əraziləri qazsız qaldı

Azərbaycanın bu əraziləri qazsız qaldı
19:18 14 Noyabr 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı rayonunda qazıntı işləri zamanı zədələnən qaz xətti bərpa olunandan bir qədər sonra başqa bir təşkilata məxsus texnika ilə təkrar olaraq yarasız hala salınıb.

“Azəriqaz” İstehsalat Birliyindən Publika.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Şamaxı rayonunun Cabanı kəndi ərazisində “Çuxuryurd-Sabir” polietilen qaz xətti qazıntı işləri aparan texnika ilə qırılıb. 9 kənddə təxminən 2 minə yaxın abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Saat 16:00 radələrində bərpa işləri tamamlanıb. Lakin bir qədər sonra həmin qaz xətti digər bir şirkətin texnikası ilə başqa bir yerdə - Şamaxı rayonunun Sabir qəsəbəsində təkrar zədələnib. Yenə də təqribən eyni sayda abonentin qaz təchizatında fasilə müşahidə olunur. Bərpa işləri görülür.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/296156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR