Prezident: Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir

Prezident: Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir
19:38 14 Noyabr 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

"1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə nail olmuşdur. Ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırdı. Demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Dünya dini liderlərinin II Sammitində çıxışı zamanı səsləndirib.

Dövlətimizin başçısı sözlərinə belə davam edib: "Xüsusilə 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilmiş hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşdı, Azərbaycan dərin böhrana düçar oldu, ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü. Eyni zamanda, dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir. Bu, rüsvayçılıq dövrüdür və təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi bir il dözə bildi, bir ildən sonra öz liderinə üz tutub Heydər Əliyevi hakimiyyətə dəvət etdi və ona ölkənin gələcəyini etibar etdi".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/296155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR