Azərbaycan millisi Lixtenşteyni məğlub edib

Azərbaycan millisi Lixtenşteyni məğlub edib
19:57 14 Noyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Lixtenşteyni qəbul edib. Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qolu 65-ci dəqiqədə Barış Ekincier vurub.
Bu nəticədən sonra Azərbaycan millisi 6-oyundan sonra 6-cı xalını qazanıb, rəqibin isə 5 matçdan sonra 3 xalı var. U-21 noyabrın 19-da "Dalğa Arena"da yoldaşlıq matçında Ukrayna ilə üz-üzə gələcək. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisi-lixtensteyni-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR