Aviasiya tarixində ən böyük cərimə

18:28 16 Yanvar 2015
196 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Məftun Salmanov/

"Southwest Airlines" aviaşirkəti 1,6 milyon dollar cərimə ödəməyə razı olub. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, cərimə enişdən sonra sərnişinlərin təyyarədə 3 saatdan çox qalmalarına görə veriləcək.

Bu, yerdə yubanma qaydalarını pozmağa görə dünya mülki aviasiya tarixində ən iri cərimə olacaq.

ABŞ Nəqliyyat Nazirliyi məlumat verib ki, bu il yanvarın 2-3-də Çikaqonun Miduey aeroportunda 16 reys 3 saatdan çox yubadılıb ki, bu da yol verilən həddən artıqdır.

Yubanmanın pis hava şəraitinə və personal çatışmazlığına görə baş verdiyi bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR