İsmayıl İbrahimli: "Ustalıq nə qədər çox olsa, qol vurmaq şansımız bir o qədər artacaq"

İsmayıl İbrahimli: "Ustalıq nə qədər çox olsa, qol vurmaq şansımız bir o qədər artacaq"
20:42 14 Noyabr 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

"Keyfiyyətsiz oyun sərgilədiyimizi düşünmürəm. Yaxşı oyun keçirdik. Sadəcə yaratdığımız qol epizodlarından istifadə edə bilmədik. Etiraf etmək lazımdır ki, bundan da yaxşı oyun keçirdə bilərik".
"Report"un məlumatına görə, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu İsmayıl İbrahimli Sumqayıtda Lixtenşteynə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2021-in seçmə matçından sonra jurnalistlərə açıqlamasında deyib.
21 yaşlı yarımmüdafiəçi bildirib ki, ən əsas olan üç xalı qazanmaqdır: "Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. Ustalıq nə qədər çox olsa, qol vurmaq şansımız bir o qədər artacaq. Bizim üçün əsas olan qələbədir. Hesabın heç bir fərqi yoxdur. Qol vurana qədər üzərimizdə təzyiq hiss edirdik. Sonlara yaxın bir az tələskənlik olurdu. Sevindirici haldır ki, qələbə qazana bildik".
"Qarabağ" klubunun formasını geyinən oyunçu küləyin onlara mane olduğunu vurğulayıb: "Revanş barədə düşünmürdük. Biz hər bir matça qələbə üçün çıxırıq. Birinci oyunda uduzmuşuq və bu o demək deyil ki, həmin komandaya qalib gəlməliyik". 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ustaliq-ne-qeder-cox-olsa-qol-vurmaq-sansimiz-bir-o-qeder-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR