Daxili İşlər nazirindən generalın yerinə - TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Lənkəran Şəhər-Rayon Polis İdarəsinin rəisi, polkovnik İslam Hümbətov vəzifəsindən azad edilib.

Nazirin digər əmrinə əsasən, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəisi təyin edilib.

Qeyd edək ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu tutduğu vəzifədən azad edilərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR