Tənbəlliyin insana vurduğu ziyanlar

Tənbəlliyin insana vurduğu ziyanlar
23:12 14 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Tənbəllik və süstlük - dinimizin nəzərinə görə bir bəladır ki, insan ona adət edər. Dinimiz buyurur ki, bu bəlaya düçar olmayın, onu aradan qaldırmaq üçün güclü iradəyə malik olun. Axirət səadəti əldə etmək yolunda səy göstərin.

Dinimizin nəzərinə görə tənbəlliyi yaradan amillər bunlardır:

1. Zəif iman.

2. Nifaq.

3. Agahsızlıq.

4. Dünyapərəstlik.

5. Nəfsani istəklər.

Tənbəllik rəzil sifətlərdən olub, insanın ruhuna güclü təsirlər qoyar.

O cümlədən:

1. Həsrət.

2. Peşmançılıq.

3. İlahi haqqı verməmək.

4. İşləri təxirə salmaq.

5. Fürsətləri əldən vermək.

6. Bekarlıq.

7. Hövsələsizlik.

8. Yoxsulluq.

Hər kim bu bəla ilə mübarizə aparmaq istəyirsə, gərək iradəsini və imanını gücləndirsin. Agahlığını artırsın. İbadət zamanı xüsusi şövqə malik olub, dünya və axirət bəlalarından amanda qalsın.

İmam Əli (ə) buyurur: "Hər kim tənbəllik ardınca olar, peşmançılıq onu əhatə edər".

İmam Baqir (ə) nəql edir: "Həzrət Musa (ə) Allahdan soruşur: "Allahım, hansı bəndən Sənin üçün daha mənfurdur?".

Allah Təala buyurur: "O kəs ki, gecələri murdar və gündüzləri bekar olar"".

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah çox yatan və bekar olan bəndəsinə görə qəzəblənər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR