İndoneziyada 7,2 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib

İndoneziyada 7,2 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib
00:36 15 Noyabr 2019
116 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İndoneziya sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Manado şəhərindən 169 kilometr şərqdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyi sunami təlükəsi elan edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3148959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR