London Avropa Komissiyasına nümayəndə göndərməkdən imtina etdi

London Avropa Komissiyasına nümayəndə göndərməkdən imtina etdi
04:43 15 Noyabr 2019
111 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya hökuməti dekabrın 12-də keçiriləcək parlament seçkilərinə qədər Avropa Komissiyasına (AK) komissar göndərməkdən imtina etməsi barədə Brüsselə rəsmi məktub göndərdiyini təsdiq edib.

Bu məlumatı AK-nin nümayəndəsi keçirdiyi brifinqdə verib.

AK-nin nümayəndəsi qeyd edib ki, hazırda komissiya dekabrın 1-dən yeni tərkibdə fəaliyyət başlamaq üçün bütün leqal imkanları və hüquqi yolları nəzərdən keçirir.

Böyük Britaniya Brexitin müddətinin oktyabrın 31-dən 2020-ci il yanvarın 31-nə keçirilməsinə nail olub. Bununla bağlı, mövcud Avropa qanunvericiliyinə görə, London Avropa İttifaqının tamhüquqlu üzvü kimi öz nümayəndəsini Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyasına göndərməlidir. Lakin noyabrın 1-dən fəaliyyətə başlamalı olan AK Britaniyanın yaratdığı problem ucbatından, həmçinin Fransa, Macarıstan və Rumıniyanın namizədlərini rədd etməsi səbəbindən fəaliyyətini bir ay ertələyib. İndi Ursula fon der Lyayenin qərargahı AK üzvlərindən birinin iştirakı olmadan yeni heyətlə fəaliyyətə başlanılması qərarını hüquqi cəhətdən əsaslandırmalıdır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/296172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR