İsrail HHQ "İslam cihadı"nın mövqelərinə zərbələr endirib

İsrail HHQ "İslam cihadı"nın mövqelərinə zərbələr endirib
07:22 15 Noyabr 2019
88 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İsrail ordusunun Hərbi Hava Qüvvələri Qəzza zolağında radikal Fələstin qruplaşması "İslam cihadı"nın mövqelərinə hava zərbələri endirib.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir: "Hazırda İsrail ordusu "İslam cihadı" terrorçularının obyektlərinə hücum edir". Qeyd edilir ki, hücum fələstinli radikallar tərəfindən İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq həyata keçirilir.

Qeyd edək ki, İsrail "İslam cihadı" radikal qruplaşmasının terror təşkilatı hesab edir.

Daha sonra İsrail ordusunun mətbuat xidmətindən bildiriblər ki, zərbələr endirilən obyektlərin arasında raketlər üçün komponentlərin hazırlandığı bina da olub. Həmçinin zərbələrə Xan-Yunis şəhərində təşkilatın qərargahı da zərbələrə məruz qalıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3149010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR