"Ölkə kimi bir xəyalımız var idi ki, nəticədə ona da çatdıq" Şenol Günəş

"Ölkə kimi bir xəyalımız var idi ki, nəticədə ona da çatdıq" Şenol Günəş
07:27 15 Noyabr 2019
103 İdman
Ölkə mətbuatı
A- A+

"Köhnə və ya yeni futbolçu olmasının fərqi yoxdur. Birlikdə meydana çıxdıq".

Bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.

Təcrübəli mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin IX turunun İslandiya ilə qarşılaşması barədə fikirlərini açıqlayıb. İstanbulda qeydə alınan 0:0 hesablı heç-heçəyə şərh verən Ş.Günəş bu nəticə ilə final mərhələsinə vəsiqə qazandıqlarına sevindiyini gizlətməyib:

"Son nəticədə hədəfimizə çatmaq vacib idi. Bir xəyalımız var idi: Avropa çempionatına getmək. Bütün futbolçularımı təbrik edirəm. Azarkeşlərə təşəkkürümü bildirirəm. Bu gün qalib gəlmədik, ilk dəfə qol vurmadıq. Ardıcıl ikinci heç-heçəni etdik. Amma nəticədə çempionata getmək lazım idi. Bu gün çox çətin rəqiblə oynadıq. Onların sərtliyinə ikinci hissədə cavab verdik. Matçın sonunda bir az panikaya düşdük. Ölkə kimi bir xəyalımız var idi ki, nəticədə ona da çatdıq".

Ş.Günəş bu vəzifəyə 9 ay öncə təyin olunmasına, bu qısa müddətdə formalaşdırdığı komandaya körpəsi kimi baxmalı olduqlarına da eyham vurub: "Seçmə mərhələ 9 ay davam etdi. Çəkdiyimiz bu sancıdan bir uşaq oldu. O uşağa yaxşı baxmalıyıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/802382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR