Şeyxin oğlu və nəvəsi də ziyafətə qatıldı -

Xəbər verdiyimiz kimi, noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verilib.

Mətbuat.az xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ziyafətdə iştirak ediblər.

Görüşdə diqqət çəkən məqam isə ölkə başçısı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin nəvəsi ilə görüşü olub.

Belə ki, ziyafət çərçivəsində şeyxin oğlu Məhəmməd Paşazadə və nəvəsi ölkə başçısı ilə şəkil çəkdiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR