Nəsiminin yubileyi münasibətilə Mingəçevir-Bəhramtəpə yolunun böyük hissəsində yaşıllıq zolağı salınacaq

Nəsiminin yubileyi münasibətilə Mingəçevir-Bəhramtəpə yolunun böyük hissəsində yaşıllıq zolağı salınacaq
10:29 15 Noyabr 2019
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Mingəçevir-Bəhramtəpə magistral avtomobil yolunun böyük hissəsində yaşıllıq zolağı salınacaq.

Bunu Trend-ə Ağcabədi Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurban Babayev deyib.

Onun sözlərinə görə, Ağcabədi rayonu ərazisində yerli şəraitə uyğun 17 min həmişəyaşıl və meşə ağacı əkiləcək. Ağacların Mingəçevir-Bəhramtəpə magistral avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən 74-121 kilometrlik və Ağcabədi-Ağdam avtomobil yolunun Boyat və Sarıcalı kəndlərinə qədər olan hissəsində əkilməsi nəzərdə tutulur.

Hazırda rayonda əkin üçün hazırlıq işlərinin aparıldığını deyən Q.Babayev qeyd edib ki, artıq ağacların əkiləcəyi ərazilərdə şum işləri aparılıb, arxlar çəkilib, çalalar qazılıb: “Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağacın əkilməsi dahi şairin xatirəsinin əbədiləşdirilməsi və təbliği ilə yanaşı, həm də ekoloji mühitin qorunması və yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Əkiləcək ağaclar, salınacaq bağlar, parklar ölkəmizdə ekoloji mühitin daha da sağlamlaşdırılmasına müsbət təsir göstərəcək”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3138495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR