Gürcüstanda aksiyalar böyüyür -

Tiflisdəki etirazçıların bir qismi gecəni Rustaveli prospektində qurduqları çadırlarda keçiriblər.

Mətbuat.az-ın xəbərinə görə, etirazçıların saat 12:00-da brifinq təşkil edəcəyi və fəaliyyət planları haqqında məlumat verəcəyi bildirilib.

Ümumilikdə Rustaveli prospekti aksiyaların hazırda keçirilməməsinə rəğmən qapalı saxlanılır. Aksiyaların saat 19:00-da yenidən bərpa olunacağı vurğulanıb. Bazar günü isə təşkilatçılar daha genişmiqyaslı aksiya təşkil edəcəklərini açıqlayıblar.

Yerli mətbuat etiraz aksiyalarının təkcə Tiflisdə yox, Batumi, Kutaisi və Zuqdidi kimi şəhərlərdə keçirildiyini açıqlayıb. Kutaisidə etirazçıların ictimai şəkildə deputatların siyahısını yandırdığı da vurğulanıb.

Dünənki aksiyada eks-prezident Georgi Marqvelaşvili və Təhlükəsizlik Şurasının keçmiş rəhbəri David Rakviaşvili də iştirak edib.(axar)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR