Prezident İlham Əliyevin ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir (ƏLAVƏ OLUNUB)

Prezident İlham Əliyevin ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir (ƏLAVƏ OLUNUB)
23:51 24 Dekabr 2014
1550 Ölkə
Ölkə mətbuatı
A- A+

İlk xəbər saat 14:02-də yayılıb

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Zati-aliləri, Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, siyasi və mədəni sahələrdə uğurla inkişaf etməkdədir. Gürcüstan Azərbaycan Respublikası ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə bir daha Sizə minnətdarlığımı bildirirəm. Mən bir daha əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında mövcud olan davamlı dostluq və əməkdaşlıq əlaqələri birgə səylərimiz nəticəsində xalqlarımızın qarşılıqlı faydası naminə gələcəkdə də davam edəcək və daha da güclənəcək.

Bu xoş fürsətdən istifadə edərək, mən Sizi Gürcüstana rəsmi səfərə dəvət edirəm. Sizi Tbilisidə səmimi qarşılamaq mənim üçün şərəf olardı. Əminəm ki, bu səfər 2014-cü ildə yeni təkan almış tərəfdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcək.

Zati-aliləri, mənim dərin ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

X X X

Moldova Respublikasının Prezidenti Nikolaye Timoftinin təbrikində isə deyilir: "Zati-aliləri, Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ürəkdən gələn ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Bu xoş fürsətdən istifadə edərək, qəti əminliyimi bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan ənənəvi dostluq münasibətləri bundan sonra da dinamik inkişaf edəcək, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacaq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar, ailənizə xoşbəxtlik və firavanlıq arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül də Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: "Cənab Prezident, əziz qardaşım, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Dost və qardaş Azərbaycan Zati-alinizin müdrik liderliyi sayəsində böyük inkişafa nail olmuş və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmişdir.

Gücünü xalqlarımız arasındakı qədim qardaşlıq münasibətlərindən alan Türkiyə-Azərbaycan müttəfiqliyi də müştərək səylərimizlə daha da inkişaf etmiş və regionumuzda bənzərsiz sabitləşdirici amilə çevrilmişdir.

Əlaqələrimizdə əldə olunan bu müsbət dinamikanın davam etdiriləcəyinə əminəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşıma möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və davamlı rifah arzu edirəm".

X X X

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovdan isə daxil olan təbrik məktubunda qeyd edilir: "Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin müdrikliyiniz və təcrübənizə əsaslanan məqsədyönlü fəaliyyətiniz sayəsində bu gün Azərbaycan Respublikası mühüm potensiala malik olan, dinamik inkişaf edən dövlətdir. Sizin rəhbərliyinizlə Azərbaycan dövlətçiliyin möhkəmlənməsi, sosial-iqtisadi, mənəvi və mədəni inkişaf üçün yeni təkan alıb.

Əmin olduğumu bildirirəm ki, Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik mehriban qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da daim genişlənəcək və dərinləşəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm".

X X X

Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aleksey Millerdən: "Hörmətli İlham Heydər oğlu, “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq".

X X X

MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibi Aleksey Sergeyevdən: "Hörmətli İlham Heydər oğlu, MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından doğum gününüz münasibətilə təbriklərimizi qəbul edin. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə dövlətçiliyin və suverenliyin möhkəmlənməsi, davamlı iqtisadi, siyasi, sosial inkişaf yolunda qətiyyətlə və inamla irəliləyir.

Sizə - görkəmli siyasi və dövlət xadiminə möhkəm cansağlığı, ailə səadəti, Azərbaycan Respublikasının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq".

X X X

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan: "Çox hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə səmimi sevinc və dərin hörmətlə təbrik edirəm.

Heç şübhəsiz ki, Siz çox zəngin həyat təcrübəniz, fəal xarakteriniz, qurucu enerjiniz və dünyaya açıqlığınız sayəsində layiqli dövlət başçısı və Rusiya ilə Azərbaycan arasında mehriban münasibətlərin qarantısınız.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun inkişafına, MDBMİ qardaşlığının möhkəmlənməsinə sanballı köməyinizi və dəstəyinizi, bu işdə həqiqətən maraqlı olmağınızı qeyd etmək mənə xüsusilə xoşdur. Universitetimizin məzunlarının Bakıda genişmiqyaslı forumunun keçirilməsi ilə bağlı Sizin təşəbbüsünüz yeni, şanlı bir ənənənin əsasını qoyub. Universitetin yubileyi ilində Moskvada MDBMİ Məzunlarının II Beynəlxalq Forumunun keçirilməsi bu ənənənin davamı oldu.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə möhkəm cansağlığı, mətinlik, qardaş Azərbaycan naminə yeni-yeni uğurlar və nailiyyətlər arzulayım".

X X X

Ukraynanın Prezidenti Pyotr Poroşenkodan: "Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Əminəm ki, Ukrayna-Azərbaycan münasibətlərinə daim xas olan ənənəvi qarşılıqlı anlaşma və etimad şəraiti bundan sonra da ölkələrimiz arasında konstruktiv əməkdaşlığın etibarlı əsası olacaq".

X X X

“Özkaya Group” şirkəti idarə heyətinin sədri Osman Gezekerdən: "Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə uğurlar arzulayıram.

Ulu öndər Heydər Əliyevdən bizə miras qalan müasir, suveren, demokratik Azərbaycanın zəkanızın işığı ilə daha da inkişaf etməsi, regionun lider dövləti rolunu qoruması üçün böyük əmək sərf edirsiniz. Sizin diqqət və qayğınız Azərbaycana inkişaf etmiş ölkələrlə rəqabətə girmək potensialı qazandırır.

Xalqınız üçün etdikləriniz sadəcə zəkanızın və təcrübənizin məhsulu deyil, həm də bu Vətənə, bu millətə sevginizin bariz göstəricisidir. Sizin vətəniniz və millətiniz üçün etdikləriniz yazılmaqla bitməyəcək qədər çox və sözlərin ifadə etməyə acizlik çəkdiyi qədər şərəflidir. Sizin kimi əvəzsiz oğullar yetişdirən millətin – türk millətinin nümayəndəsi olmaq insanda qürur hissi doğurur.

Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha səmimi qəlbdən təbrik etmək, Sizinlə qürur duyduğumu bildirmək istəyirəm. Tanrı Sizi qorusun!"

X X X

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçdən: "Zati-aliləri, Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimi və arzularımı çatdırmaqdan böyük şərəf duyuram. Sizə cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə gördüyünüz bütün işlərinizdə uğurlar arzulayıram.

Xalqlarımızın dostluq əlaqələrinə söykənən və ölkələrimizin maraqlarının inkişafına əsaslanan Serbiya ilə Azərbaycan arasındakı strateji əməkdaşlıq və əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə inanıram.

Hələ də ölkənizə səfərimin xoş təəssüratları ilə yaşayıram. Sizi ən yaxın dostlara göstərilən qonaqpərvərliklə qarşılamaq üçün mənə imkan yaradacağınıza ümid edirəm.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizə bir daha öz dərin ehtiramımı bildirirəm".

X X X

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevdən: "Çox hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.

Uzaqgörən siyasi xadim kimi malik olduğunuz parlaq keyfiyyətlər, perspektiv məqsəd və vəzifələrin müəyyənləşdirilməsində genişmiqyaslı təfəkkür, onlara nail olmaq əzmkarlığı Sizin ali dövləti vəzifədə uğurlarınızı təmin edir.

Siz Azərbaycan xalqının hamılıqla qəbul edilmiş lideri kimi haqlı olaraq Müstəqil Dövlətlər Birliyində və beynəlxalq aləmdə dərin hörmət qazanmısınız. Sizi təkcə təcrübəli dövlət xadimi və siyasi xadim kimi deyil, həm də sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə yönəlmiş qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın ardıcıl tərəfdarı kimi tanıyırlar.

Əmin olduğumu bildirirəm ki, Sizin siyasi iradəniz və həyat təcrübəniz bundan sonra da iqtisadi cəhətdən güclü və inkişaf etmiş dövlət quruculuğuna kömək edəcək, Müstəqil Dövlətlər Birliyi çərçivəsində əldə edilmiş razılaşmaların gerçəkləşməsinə yönəlmiş birgə səylərimiz isə MDB iştirakçısı olan dövlətlərin rifahı naminə daha sanballı praktiki nəticələr verəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".

X X X

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan: "Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu gün Siz dövlət başçısı olaraq mərhum Prezident Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirir, Azərbaycan Respublikasının sabit siyasi, iqtisadi və sosial inkişafının təmin olunması işinə sanballı töhfələr verirsiniz.

Tacikistanda ölkələrimizin ikitərəfli dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə çatmasını Sizin adınızla bağlayırlar. Bu münasibətlər etimadın yüksək səviyyəsi ilə xarakterizə olunur. Əminəm ki, Tacikistan və Azərbaycan xalqlarının köklü maraqlarına cavab verən bu təşəbbüslər gözlənilən səmərəni verəcək.

Bu xoş fürsətdən istifadə edib, Tacikistan-Azərbaycan əməkdaşlığının daha da inkişaf etdirilməsində və dərinləşdirilməsində maraqlı olduğumuzu bir daha vurğulamaq istəyirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".

X X X

Monteneqronun Prezidenti Filip Vuyanoviçdən: "Hörmətli cənab Prezident, əziz dostum, Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu xoş fürsətdən istifadə edərək, dost və yaxın ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində gördüyünüz bütün işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Monteneqro xalqı da bu təbriklərimə tam qoşulur.

Bu gün Azərbaycan dünyada sabitlik amilidir və hər kəs üçün daha parlaq və ədalətli gələcək naminə səylər göstərir. Şübhəsiz, bu ruhlandırıcı yanaşmaya Sizin şəxsi töhfələriniz misilsizdir. Arzu edirəm ki, qarşıdan gələn illərdə də dost Azərbaycan xalqını sabitlik və tərəqqi yolu ilə irəliyə aparasınız.

Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali vəzifələrinizin yerinə yetirilməsində yeni nailiyyətlər arzulayıram.

Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Monteneqronun Baş naziri Milo Çukanoviçdən: "Hörmətli cənab Prezident, doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırır, xalqınızın rifahı və yaxınlarınızın sevinci naminə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.

Sizin uzaqgörən və müdrik liderliyiniz dost Azərbaycanın inkişafı, tərəqqisi və sabitliyi üçün misilsiz əhəmiyyətə malikdir. Bunu, Sizin töhfələrinizin əvəzsiz olduğu ikitərəfli əlaqələrimizin qurulmasında və daimi inkişafında da müşahidə edirik.

Bu xoş fürsətdən istifadə edərək, Sizə, ailənizə və xalqınıza 2015-ci ildə ən xoş arzularımı çatdırıram.

Ən yüksək ehtiramımı və dost salamlarımı qəbul etməyinizi xahiş edirəm".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR