Putindən dünyaya xəbərdarlıq: "Bütün ölkələr təhlükədədir"

“Bütün ölkələr təhlükədədir, buna görə səylərimizi birləşdirməliyik. Rusiya Dəməşqdəki qanuni hökumətə dəstək istiqamətində aktiv hərəkətlərə başladıqdan sonra ölkənin 90 faizi terrorçulardan azad olundu. Bu ərazilər artıq Suriya qanuni hökumətinin nəzarəti altındadır, biz istədiyimizə müvəffəq olduq”.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Braziliyadakı Zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında Suriyada və dünyada terrorla mübarizədən danışarkən deyib.

Putin bildirib ki, Suriyada terrorla mübarizədən sonra bu ölkənin ərazisinin 90 faizi silahlı terror qruplaşmalarından təmizlənib. Eyni zamanda, Rusiya başçısı ABŞ-ın da Suriyadakı terrorizmlə mübarizəyə dəstəyini qeyd edib. Bundan əlavə, o, Rusiyanın Suriyaya gəlməsindən əvvəl beynəlxaq koalisiyanın “yerində saydığını” deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR