"Çarlinin mələkləri" Park Cinemada - Təqdimatda baş verənlər - FOTO

"Çarlinin mələkləri" Park Cinemada - Təqdimatda baş verənlər - FOTO
12:42 15 Noyabr 2019
130 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ötən gün "Park cinema" kinoteatrlar şəbəkəsinin Park Bulvar alış-veriş mərkəzində yerləşən filialında "Çarlinin mələkləri" filminin qapalı nümayişi keçirilib.

Milli.Az bildirir ki, təqdimatda yerli tanınmışlar, bloqer, model və media nümayəndələri iştirak ediblər. Furşet və şou ilə başlayan tədbir maraqlı anlarla yadda qalıb.

"Çarlinin mələkləri" filminin ssenarisi 1970-ci illərdə ABŞ-da yayımlanan eyniadlı serialdan götürülüb. 2019-cu ildə çəkilən filmi həmin kinonun 3-cü hissəsi hesab etmək olar.

Macəra-komediya janrında olan filmin rejissoru Elizabeth Banks-dır. Ekran işinin baş rollarına məşhur aktrisalardan Kristen Stewart, Naomi Scott və Ella Balinska çəkilib. Onlar döyüş səhnələri və açıq-saçıq geyimləri ilə film boyunca bütün diqqətləri öz üzərlərinə toplayıblar.

2 gün bundan əvvəl ABŞ-da premyerası olan filmin çəkilişi üçün 55 milyon dollar pul xərclənib. Filmdə bir neçə avtomobil və saat markası aşkar şəkildə reklam edilib.

"Sony" şirkətinin istehsalı olan kino 2 saata yaxın davam edir. Film Hanburq, Berlin, İstanbul kimi məşhur şəhərlərdə çəkilib. Dronla edilən çəkilişlərdə həmin şəhərlərin gəzməli-görməli yerləri təqdim olunub. Kinoda türk mahnısından da istifadə edilib.

Bir neçə gün bundan əvvəl təqdim olunan film qısa zamanda 4.2 IMDb xalı yığıb.

Qeyd edək ki, film bu gündən etibarən Azərbaycan kinoteatrlarında nümayiş olunacaq.

Milli.Az qapalı nümayiş zamanı çəkilən fotoları təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR