Ekspert: "Trans-Xəzər boru kəməri layihəsinin Avropa üçün üstünlükləri aşkardır"

Ekspert: "Trans-Xəzər boru kəməri layihəsinin Avropa üçün üstünlükləri aşkardır"
13:52 15 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

"Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutan Trans-Xəzər boru kəməri layihəsinin üstünlükləri aşkardır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə "Mediterranean Energy Political Risk Consultancy" şirkətinin siyasi risklər və energetika məsələləri üzrə məsləhətçisi Siril Viddershoven deyib.

O bildirib ki, Avropa ölkələri təbii qaz mənbələrini və nəqliyyat yollarını şaxələndirməyə çalışır:

"Mərkəzi Asiya və Qafqazdakı mənbələrə çıxış əldə etməklə Avropa əlavə qaz həcmləri əldə edə bilər".

O qeyd edib ki, həm Türkmənistan, həm də Azərbaycan geniş qaz ehtiyatlarına malikdir və bu ehtiyatları kommersiya baxımından məhsuldar və həyat qabiliyyətli etmək lazımdır:

"Avropa İttifaqında qaza tələbatın artması fonunda hər iki ölkə öz ehtiyatlarını cəlbedici bazar qiymətləri ilə reallaşdıra bilər. Bu, həm də iki region arasında əlaqələri tam möhkəmləndirməyə imkan verəcək".

S.Viddershoven deyib ki, Trans-Xəzər boru kəməri Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və institusional investorlar tərəfindən fəal dəstəklənməlidir.

Qeyd edək ki, Trans-Xəzər boru kəməri Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/802528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR