Azərbaycan rəssamlarının 20 Yanvar faciəsinə həsr edilmiş əsərlərindən ibarət sərgi açılacaq

18:33 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycan rəssamlarının 20 Yanvar faciəsinə həsr edilmiş əsərlərindən ibarət sərgi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, "20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında" Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 2 yanvar 2015-ci il tarixli sərəncamının, nazirliyin 2015-ci ilin birinci yarısı üçün İş Planının icrası məqsədi ilə respublikanın bütün şəhər və rayonlarında, həmçinin mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar göstərilir, bədii və sənədli filmlər nümayiş etdirilir, sərgilər, "dəyirmi masa"lar keçirilir.

Bu məqsədlə cari ilin 19 yanvar tarixində Muzey Mərkəzinin Sərgi qalereyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan, Azərbaycan rəssamlarının 20 Yanvar faciəsinə həsr edilmiş əsərlərindən ibarət sərgi təşkil ediləcək.

Sərginin açılışı 19 yanvar 2015-ci il saat 15:00-da olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2354244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR