Qlobal borc 251 trilyon dollara çatıb

Qlobal borc 251 trilyon dollara çatıb
14:27 15 Noyabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin I yarısında qlobal borc 7,5 trilyon ABŞ dolları artaraq yeni rekord həddə - 250,9 trilyon dollara çatıb. İlin sonuna qədər bu rəqəmin 255 trilyon dollar olacağı gözlənilir. 
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnsitututu (The Institute of International Finance - IIF) məlumat yayıb. 
Məlumata görə, yarım illik artımın 60%-dən çox ABŞ və Çinin payına düşüb.
Hazırda qlobal borc dünya üzrə ümumi daxili məhsulun dəyərindən 3,2 dəfə çoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qlobal-borc-251-trilyon-dollara-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR