“Prodüserlərin qulları şərəfindən keçənlərdir” - Aktyordan sərt tənqid

“Prodüserlərin qulları şərəfindən keçənlərdir” - Aktyordan sərt tənqid
15:12 15 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

"Məncə, yığışıb aktyor, rejissor və ssenaristlərdən ibarət bir konfrans keçirməliyik - prodüserlər xaric. Çünkü onlar bizim xeyirimizə heçnə deməyəcək və etməyəcəklər".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Fərhad Səmimi sosial şəbəkədə yazıb.

O bildirib ki, prodüserlər aktyorları istismar edir:

"Prodüserlər bizi istismar etməklə, haqqımıza girməklə pul qazanır. Belə biznes olmur! Gəl, çalış-vuruş, söhbət pula gələndə "kanal ödəmədi", "dövlət pul ayırmadı" və ya "ayırıb, amma gecikir" kimi şeylər deyə-deyə hamam suyu ilə pul qazanırlar. Pul qazanan adam sərmayə qoyub, götürür. Bunlar kimi yox. Onlar artıq prodüser yox, "makler" adlanır. Problem çox böyükdür!".

O, serialların uğurlu alınmamasının digər səbəbini isə belə izah edib:

"Ssenaristlərdə ona görə dəvət olunmalıdır ki, onlara da tutulan əsaslı iradlardan nəticə çıxartsınlar. Çünki şəxsən mən bilmirəm rolumu oynuyum ya ssenaridə müəyyən dəyişikliklər olunmasını təklif edim. Başa düşürəm ki, ssenarist bütün aktyorların dilindən yazmamamlıdır. Aktyor özü sözləri özününküləşdirib dilinə yatan tərzdə deməlidir. Amma bir də görürsən ki, problem tək sözlərdə yox, davamlılıqda və yaxudda xarakterdə elə səhvlərə yol verilir ki... Bu da dramaturji səhv sayılır. Heç bir əsası olmadan, xronometraj uzansın deyə, lazımsız və məntiqsiz səhnələrlə üzləşirik. Heç kim sinəsinə döyməsin. Sadəcə bu gün bir çox qruplaşmış qüvvələr var ki, deyirlər serial bazarında bizik Bağdadda kor xəlifə. Dərd orasındadı ki, onların quluna çevirilmişlər çoxdur - bir tikə çörəyə şərəfindən və ləyaqətindən keçənlər!".

Qeyd edək ki, F.Səmimi "Dağıntılar altında", "Kür nəğmə" kimi seriallarda çəkilib. O, "Dağıntılar altında" serialında maaş qalmaqalı yaşamış, serialda oynamaqdan imtina etmişdi. Problem aradan qalxandan sonra yenidən seriala qayıtmışdı.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/802529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR