Ronaldo rekorda yaxınlaşdı

Ronaldo rekorda yaxınlaşdı
15:17 15 Noyabr 2019
161 İdman
Ölkə mətbuatı
A- A+

AVRO-2020-nin seçmə mərhələsində Portuqaliyanın Litvanı 6:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada kapitan Kriştiano Ronaldo 3 qola imza atıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı forvard bununla karyerasında 55-ci het-trikini edib.

O, bunun 9-na millidə nail olub. Maraqlıdır ki, Ronaldo buna qədər sonuncu dəfə bu ilin sentyabrında yenə Litva ilə görüşdə 3 və daha çox qol vurmuşdu.

Juventus-un superulduzu həm də Portuqaliya millisindəki qollarının sayını 98-ə çatdırıb. İndi onu rekordçu Ali Daidən (109 qol) cəmi 11 top ayırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/802531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR