Bu il Gürcüstanın elektrik enerjisinə tələbatının 68%-ni Azərbaycan ödəyib

Bu il Gürcüstanın elektrik enerjisinə tələbatının 68%-ni Azərbaycan ödəyib
16:32 15 Noyabr 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 823,603 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilir.
Hesabat dövründə qonşu ölkə, ümumilikdə, 1 215,8 milyon kilovatt/saat elektrik enerjisi tədarük edib ki, bunun da 67,7%-i Azərbaycanın payına düşüb.
Bu ilin ilk 10 ayı ərzində Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi 243,35 milyon kilovatt/saata bərabər olub. Bunun 12,046 milyon kilovatt/saatını Azərbaycan alıb.
Yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan Türkiyəyə 94,63 milyon kilovatt/saat elektrik enerjisi tranziti həyata keçirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bu-il-gurcustanin-elektrik-enerjisine-telebatinin-68-ni-azerbaycan-odeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR