Azərbaycanlı tərcüməçi mətbuat konfransından çıxarıldı - SƏBƏB

Uels millisinin baş məşqçisi Rayan Giqqz və komandanın kapitanı Qaret Beylin Azərbaycan millisi ilə oyun öncəsi keçirilmiş mətbuat konfransında xoşagəlməz hadisə yaşanıb.

Mətbuat.az xəbər verir ki, niderlandlı UEFA nümayəndəsi Mark Bos azərbaycanlı xanım tərcüməçini tədbirdən kənarlaşdırıb. Buna səbəb Uelsin mətbuat xidməti rəhbərinin xahişi olub.

Xanım tərcüməçinin sualları Azərbaycan dilindən ingilis dilinə və əksinə düzgün tərcümə edə bilməməsi qonaqların narazılığına səbəb olub. Həmçinin, tərcüməçinin Uelsin ulduz futbolçusu Beyli tanımaması qonaq federasiya rəsmisini özündən çıxarıb. Bundan sonra AFFA öz tərcüməçisini mətbuat konfransına göndərməli olub.(qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR