Beyl Azərbaycanla oyundan danışdı

Beyl Azərbaycanla oyundan danışdı
17:32 15 Noyabr 2019
138 İdman
Ölkə mətbuatı
A- A+

"Remsinin yenidən heyətdə olması çox gözəldir. Bu, sevindirici haldır. O, "Yuventus" kimi böyük klubda çıxış edir. Belə davam etsə, orda möhkəmlənəcək".
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Uels millisinin üzvü Qaret Beyl Avro-2020-nin seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Bir müddətdir zədədən əziyyət çəkək "Real"ın hücumçusu hazırda tam sağaldığını bildirib: "Özümü əla hiss edirəm. Ümid edirəm ki, bu cür də davam edərəm. Milli komandada oynamaq həmişə şərəfdir".

Beyl yığmamızla bağlı fikirlərini də bölüşüb: "Azərbaycan yığmasının oyunlarını izlədikdə inkişaf görmək olar. Beş il əvvəlki ilə indiki Azərbaycan arasında fərq görürəm. Bu komanda daim inkişafdadır".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/802585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR