Türkiyə Kipr sahillərində kəşfiyyat qazma işlərinə başlayıb

Türkiyə Kipr sahillərində kəşfiyyat qazma işlərinə başlayıb
17:32 15 Noyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Avropa İttifaqı tərəfindən sanksiya bəyanatlarına baxmayaraq, Şimali Kipr Türk Respublikası (ŞKTR) sahillərində karbohidrogenlərlə bağlı kəşfiyyat qazma işləri üçün çalışmalarına başlayıb.
“Report” AA-ya istinadən xəbər verir ki, ŞKTR-nin 36-cı ildönümü münasibətilə keçirilən təntənəli tədbirdə nitq söyləyən Türkiyə prezidenti müavini Fuat Oqtay sözügedən məsələyə də toxunaraq Aralıq dənizinin şərqindəki enerji mənbələrini Kipr adasına sülh və sabitliyin bərqərar edilməsi üçün alət olaraq istifadə olunmasına tərəfdar olduqlarını xatırladıb.
“Aralıq dənizinin şərqində “Fatih” kəşfiyyat gəmimiz ökəmizin şelfindəki tapşırıqları başa vurduqdan sonra dünən Karpaz burnunun cənubunda yeni fəaliyyətə başlayıb. “Barbaros Xeyrəddin paşa” seysmik tədqiqat gəmimiz isə ŞKTR-nin “Türk Petrolları”na icazə verdiyi ərazilərdə fəaliyyətini davam etdirir... Aralıq dənizinin şərqindəki kəşfiyyat fəaliyyətlərimizi bəhanə edərək Aİ xarici işlər nazirləri tərəfindən təsdiqlənən sanksiya qərarının heç bir hökmü yoxdur”, – deyə Türkiyə prezidentinin müavini nəzərə çatdırıb.
Qeyd edək ki, Aİ tərəfindən təsdiq edilən çərçivə sənədinə görə Aralıq dənizinin şərqində karbohidrogen yataqlarına dair icazəsiz qazma işləri aparan hüquqi və fiziki şəxslərə məhdudlaşdırıcı tədbirlər görməyi nəzərdə tutur.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/turkiye-kipr-sahillerinde-qazma-calismalarina-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR