“Özümü niyə ucuz seriallarda xərcləməliyəm?” - Əməkdar artist

“Özümü niyə ucuz seriallarda xərcləməliyəm?” -  Əməkdar artist
17:37 15 Noyabr 2019
140 Şou
Ölkə mətbuatı
A- A+

"Mən yalnız filmlərə çəkilirəm. "Çölçü", "Yarımçıq xatirələr", "Vəkil hanı?", "Dərvişin qeydləri" və sairə".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan "Gün başladı" proqramında Əməkdar artist Bəhruz Vaqifoğlu deyib.

O bildirib ki, hər il boş rolda oynadığı film olduğuna görə kommersiya məqsədilə seriallarda və reklamlarda yer almır:

"Baxıram ki, hər ilimə baş rolda bir dövlət filmi düşürsə, özümü niyə ucuz reklamlarda, seriallarda xərcləməliyəm? Düzdür, o qədər tanınmıram. Amma kino ilə bağlı mövzularda gənc aktyor olaraq məni verilişlərə çağırırlarsa, bu, mənim üçün hər şeyi ötüb-keçir".

Qeyd edək ki, B.Vaqifoğlu Azərbaycan Dövlət Pantomim Teatrında çalışır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/802597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR