Savat döyüşü Paris Yay Olimpiya Oyunlarının proqramına daxil edilə bilər

Savat döyüşü Paris Yay Olimpiya Oyunlarının proqramına daxil edilə bilər
18:12 15 Noyabr 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Savat (Fransız boksu) Federasiyasının vitse-prezidenti Joel Dumez və Avropa Savat Konfederasiyasının prezidenti Rodolf Rodomun Bakıda mətbuat konfransı keçirilib.
"Report"un məlumatına görə, Fransa - Azərbaycan Universitetində təşkil olunan tədbirdə Azərbaycan Şaolin və Savat Döyüş Sənətləri Federasiyasının prezidenti Rafiq Əliyev də iştirak edib.
Konfrans 2021 və 2022-ci illərdə Bakıda keçiriləcək Avropa çempionatına həsr olunub. İlk olaraq savat döyüşü barədə video nümayiş olunub.
Dumez təqdim olunan video barədə məlumat verib. O, savat boksunun tanınması üçün bir sıra addımlar atıldığını vurğulayıb. Federasiya rəsmisi bu idman növünün Fransada dövlət tərəfindən tədris olunduğunu diqqətə çatdırıb. "Fransız boksu ilə məşğul olan qadınların və gənclərin sayı yetərincədir. Fransada 800 savat klubu mövcuddur. Sabah Azərbaycan və Fransa federasiyasıları arasında konvensiya müqaviləsi imzalanacaq. Bu sözləşməyə əsasən, Azərbaycandan Fransaya, Fransadan isə Azərbaycana mütəxəssislər, idmançılar gələcək. Qısa zaman ərzində idmançılarınızın uğur qazanması federasiyanın böyük uğurlarına işarədir".
Rodolf Rodom isə savat növünün qitənin 28 ölkəsində tanındığını bildirib və Yay Olimpiya Oyunlarında təmsil olunma şanslarından söz açıb: "Bu yöndə bir sıra işlər görmüşük. 2023-cu il III Avropa Oyunlarında idman növü kimi təmsil olunmaq istəyirik. 2024-cü il Paris Yay Olimpiya Oyunlarının proqramında da yer almağa çalışırıq".
Hər iki qonağı salamlayan Əliyev isə Azərbaycanda savad döyüş növünün 4 ilə yaxındır inkişaf etdiyini bildirib: "Böyüklərin dünya çempionatında iki bürünc medal qazanmışıq. Fransa ilə ölkəmiz arasında münasibətlər hər sahədə inkişaf edib. Qonaqlar Gənclər və İdman naziri Azad Rəhimovun dəvəti ilə Bakıya gəliblər. Onlar ilk dəfə bizim ölkəmizdədirlər. Dünən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevlə birgə Fəxri Xiyabana və Şəhidlər Xiyabanına gediblər. Bu gün ilk görüşümüz Azad Rəhimovla olub. 2021-ci ildə asso, 2022-ci də isə kombat versiyası üzrə Avropa çempionatı ölkəmizdə olacaq. Rəhimov tapşırıq verdi ki, əlaqələri daim geniş saxlamaq lazımdır. Biz Azərbaycanın bölgələrində də bu idman növünü inkişaf etdiririk".

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/savat-doyusu-paris-yay-olimpiya-oyunlarinin-proqramina-daxil-edile-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR