"Bakıdakı oyun Kardiffdəkinin oxşarı olacaq" - Remzi

"Bütün fikrimiz Azərbaycanla oyundadır. Macarıstanı düşünmürük”.

Metbuat.az xəbər verir ki, bu sözləri Uels millisinin üzvü Aaron Remzi Avro-2020-nin seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun haqda danışarkən deyib.

Yuventus”un yarımmüdafiəçisi görüşü səbirsizliklə gözlədiyini bildirib: “Bakıdakı matç Kardiffdəki oyunun oxşarı olacaq. Bizi çətin görüş gözləyir. Amma hesab edirəm ki, qalib gəlmək üçün lazım olan hər şeyimiz var. Əsas istəyimiz də budur. Final mərhələsi şanslarımızı saxlamaq üçün qələbə qazanmalıyıq. Sabahkı matçı səbirsizliklə gözləyirik".
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR