Hava şəraiti ilə əlaqədar Bakının 2 avtomagistralında sürət həddi 20 km/saat endirilib

Hava şəraiti ilə əlaqədar Bakının 2 avtomagistralında sürət həddi 20 km/saat endirilib
20:02 15 Noyabr 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 
Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
"Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışlı davranmalarını xahiş edirik", - Agentlikdən bildirilib.


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakinin-2-avtomagistralinda-suret-heddi-20-km-s-a-endirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR