Azərbaycandakı konsertləri ləğv olundu

Azərbaycandakı konsertləri ləğv olundu
20:32 15 Noyabr 2019
153 Şou
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli musiqiçi Mark Eliyahunun Azərbaycandakı konsertləri ləğv olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna zəmin yaradan isə onun səhhətində yaranan problemdir.

Sənətçi bu barədə İnstaqramda yazıb:

"Səhhətimə görə məni Bakı, Gəncə və Tiflisdə görməyi planlaşdıran çox adamla görüşə bilməyəcəyəm. Çox kədərlənirəm. Heç vaxt sizi incitmək istəmirdim. Hamınızı sevirəm və bunun əvəzini çıxacağıma söz verirəm. Konsertlərin ən yaxın müddətdə təşkil edilməsi üçün əlimizdən gələni edəcəyik. Konpensasiya proseduru haqda məlumat veriləcək".

Qeyd edək ki, M.Eliyahu bir neçə müddət öncə Bakıda konsert verib.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/802498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR