Neftçalada avtomobil motosikletlə toqquşub, 1 nəfər xəsarət alıb

Neftçalada avtomobil motosikletlə toqquşub, 1 nəfər xəsarət alıb
21:17 15 Noyabr 2019
125 Digər
Ölkə mətbuatı
A- A+

Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhər ərazisindəki köhnə poliklinikanın yaxınlığında qeydə alınıb.
Rayonun Kürkənd kənd sakini, 1981-ci il təvəllüdlü Əsədov Taleh Hacıbaba oğlunun idarə etdiyi motosiklet hərəkətdə olarkən "Jiquli" markalı avtomobillə toqquşub. Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/neftcalada-avtomobil-motosikletle-toqqusub-1-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR