Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb

Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb
23:22 15 Noyabr 2019
105 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən şəxs saxlanılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Orucov polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Z.Orucov şəhərin Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Vəfa qızı Quliyevanı şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

***22:59
Gəncə şəhərində qadın əri tərəfindən öldürülüb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb. 
Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Nuranə Quliyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gence-seherinde-er-arvadini-qetle-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR