Tramp impiçment üzrə dinləmələri "millət üçün biabırçılıq" adlandırıb

Tramp impiçment üzrə dinləmələri "millət üçün biabırçılıq" adlandırıb
02:47 16 Noyabr 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Konqresində impiçment məsələsinin araşdırılması üzrə dinləmələrdə qurulmuş qaydalar bütün ölkə üçün biabırçılıqdır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərin suallarına cavabında ABŞ prezidenti Donald Tramp bildirib.
"Mən bir az dinləmələrə baxdım, dünən baxmırdım, çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparırdım. Bu, biabırçılıqdır", - deyə ABŞ prezidenti bildirib.
"Bizim böyük respublika nümayəndəliyimiz var, insanlar insanı seçiblər. Amma dinləmələrdə respublikaçılara suallar, bəyanat verməyə, şahidlik etməyə icazə vermirdilər. Bu, bizim millətimiz üçün biabırçılıqdır", - Ağ Ev rəhbəri əlavə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-impicment-uzre-dinlemeleri-millet-ucun-biabirciliq-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR